Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
Tarix: 17-10-2025 13:17 | Bölmə: Slayd
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.

Reyting.az
xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.

Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.

Məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər