Xatirə İslam 50 min dollar cərimələnə bilər - Səbəb
Tarix: 27-01-2020 12:23 | Bölmə: Şou-biznes
Xatirə İslam 50 min dollar cərimələnə bilər

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslam "Şən bazar" verilişinin qonağı olublar.

Reyting.az
xəbər verir ki, duet ortaqları aralarında müqavilə imzalandıqlarını söyləyib.

Vasif "Müqavilə var, kim pozsa, 50 min dollar ödəyəcək. Notariusda təsdiqlənib",- sözlərini deyib.

Xatirə isə Vasiflə duetdən sonra çoxlu təkliflər aldığını bildirib:

"Oğlan dostlarımız var, gəlirlər ki, əla mahnıdır, ancaq səninlə duet oxuya bilərəm. Deyirəm ki, gərək məni başa düşəsiniz, olmaz. Kim mənimlə oxumaq istəyirsə, 50 min cəriməni ödəsin, sonra oxuyum".(Axşam.az)

Xatirə İslam 50 min dollar cərimələnə bilər




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}