15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
“Oskar”ın iqtisadi göstəriciləri dəyişib
Tarix: 12-02-2020 23:59 | Bölmə: Şou-biznes
“Oskar”ın iqtisadi göstəriciləri dəyişib

Bu il 92-ci “Oskar” mükafatının iqtisadi balansı dəyişib.

44 milyon dollara başa gələn tədbirin Los-Ancelesə 130 milyon dollar xeyri dəyib.

Tədbiri yayımlayan ABC kanalı 149 milyon dollar qazanıb. Yayım zamanı 30 saniyəlik reklamın dəyəri 2,6 milyon dollar olub.

A kateqoriyalı bir aktrisanın qırmızı xalıda görünməsi 10 milyon dollara başa gəlib. “Oskar”a məxsus “Vanity Fair” partisinə dəvət olunmayan şəxslər isə 105 min dollarından keçərək ora qatılıblar.

“Oskar” qazanan filmlərin kassa gəliri isə 15 milyon dollar artıb. Həmçinin, aktyorların da gəlirində 20 faiz artım müşahidə olunur.(MTV)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər