Tarix: 06-06-2017 13:37 | Bölmə: Şou-biznes / Xəbərlər
Bir müddət əvvəl ölkədə baş vermiş devalvasiyanın bir zərbəsi də toy biznesinə dəyib. Əksər sənət adamları, şoumenlər tez-tez toy azlığından söz açırlar.
Belə bir vaxtda oriental rəqs ifaçısı Aytən Əliyevanın aldığı dəvətlərin sayı-hesabı yoxdur. Dediyinə görə, hələ qiyməti də artırıb.
Aytən "Reytinq”ə deyib ki, vaxtında çox səhnələrdə oynayıb və qazandığı pulları son qəpiyinə kimi yığmağı bacarıb:
- Başqaları kimi lüks maşınlarda gəzib, bahalı evlərdə yaşamadım. Qazandım, yığdım, indi də onun hesabına yaşayıram.
Üstəlik, hər dəvəti qəbul eləmirəm. 100-200 manata səhnəyə çıxıb rəqs etmirəm. Odur ki, bir az ağıllı olmaq, vaxtında pul yığıb iş qurmaq lazımdır.
- Dəblə ayaqlaşan sənətçilərlə bağlı fikriniz də maraqlı olardı...
- Nə dəblə gedirəm, nə də geyinirəm. Biznesim geyimlə bağlı olsa da, ideya mənimdir. Mən biznesdə elə bir ideya irəli sürmüşəm ki, heç vaxt gözdən düşən modellər yoxdur.
- Xınayaxdı mərasimlərində də iştirak edirsiniz. Ordakı qiymətlərinizlə toy qiyməti arasında fərq var?
- Yox, elə də böyük fərq yoxdur. Hardasa toyla bu dəvətin arasında 200-300 manat fərqi var. Adam var bu qiymətə toy oxuyur.
Hər bir sənət adamı özündən sonar kimisə qoyub getməlidir. Mən də istədim ki, tələbələrim olsun, bu sənəti özümdən sonra kiməsə öyrədim. Artıq tələbələrim də var.
- Tələbələrinizə harada dərs keçirsiniz?
- Salonda. Arendaya yer götürmüşəm. Amma bir ideyam var - qarşıdan gələn mövsümdə məkan alıb, məktəb açmaq istəyirəm. Oriental məktəb və oriental ayaqqabı adı altında fəaliyyət göstərəcəyik. Qızları orada qəbul edəcəyəm. Çünki tələbat çoxdur, rəqsə gəlmək istəyənlərin sayı-hesabı yoxdur. Bir balaca işləri sahmana salan kimi müraciətləri qəbul edəcəyəm.
- Yəqin ki, bu sənəti öyrənmək üçün müraciət edənlərdən təhsil haqqı alınacaq?
- Əlbəttə. Əziyyət çəkirəm. Pulsuz kim kimi öyrədir?
Gözəl salonlarımız var, deyirlər ki, gəl, burda rəqs keç. Amma istəmirəm. İstəyirəm öz yerim olsun. Bilirsiniz, hər əldə bir qarpız tutmaq da yaxşı deyil.
- Yeni fotosessiyanız da müzakirə mövsuzu olub. Oriental rəqqasə səharda…
- Yeni fotosessiyamı təqdim etdim. Bu layihə mənim idi. Layihə Bakıda çəkilib. Sənətçinin ildə bir dəfə yeniliyi olmalıdır. Layihə tamaşaçılarım tərəfindən çox bəyənilib. Mən eyni zamanda, bu layihədə həm də biznesmen bir qadın olduğumu da təsdiq elədim. Lahihədəki geyimim və ayaqqabılarım öz mağazamdandır. Bundan əlavə də layihəm var. Üzü yaya bir neçə layihə həyata keçirməliyəm. O layihənin birini Türkiyədə həyata keçirəcəyəm. Hətta konsert layihəm də nəzərdə tutulub.
- Konsert layihəniz harada həyata keçəcək?
- Nabranda. İşlər yekunlaşan kimi tamaşaçılara təqdim edəcəyəm.
Hazırda orucluq ayıdır. Bu üzdən ancaq gücü biznesə vermişəm. Yay mövsümüdür, yeni model ayyaqqabılar alıcıların ixtiyarındadır.
- Elə sənət adamı var ki, illərlə səhnədədir, amma sənətdən savayı bir qazanc yeri yoxdur. Necə oldu ki, biznes qurdunuz?
- Ayaqqabı mənim hobbimdir. Bu mənim coxdankı arzum olub. Amma onu həyata keçirə bilmirdim. Yəni, bunun üçün maliyyə lazımdır. Bir ildir ki, əlimə gələn maliyyəni biznesə qoydum. Sonda bu biznesi qura bildim.
Ayaqqabı işi asan deyil. İşçilərim var, işi yola verirlər. Alıcılarım arasında şou-biznes nümayəndələri də var. Modelləri Türkiyə və Yunanstandan gəlir.
- Layihədəki paltarın qiyməti necəyədir?
- Paltar Türkiyədən gətirilib. Bunu layihə üçün sifariş elədik. Türk modelyeri tikib. Hazırda paltar mağazada satışdadır - 2 500 dollara.
Normal bir qiyməti var. Oriental rəqs ifaçısı üçün baha deyil. Mən həmişə qeyri-adi layihələrə imza atıram. Çalışıram ki, fərqlənəm. Özüm də son illər aldığım dəvətlərin hamısını qəbul eləmirəm. Özümə, sənətimə hörmət edirəm. Çox özəl, həddən artıq möhtəşəm, elit toyların dəvətini dəyərləndirirəm. Bundan əlavə, xinayaxdı mərasimlərinə də dəvət alıram.
Reyting.az
Bölməyə aid digər xəbərlər