Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunub - Foto
Tarix: 09-06-2021 10:23 | Bölmə: Şou-biznes
Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunub

Xalq artisti Ağadadaş Ağayev ötən gün üçüncü dəfə əməliyyat olunub.

Reyting.az
xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat çəkib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib:

"Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti də qənaətbəxşdir".

Qeyd edək ki, müğənni uzun müddətdir Türkiyədə müalicə alır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}