Mahnının sinxron tərcüməsi hiddət doğurub
Tarix: 09-01-2022 11:47 | Bölmə: Şou-biznes
Mahnının sinxron tərcüməsi hiddət doğurub

Latviyanın mərkəzi televiziyası Britaniyanın məşhur “Depeche Mode” pop qrupunun mahnısını canlı efirdə tərcümə etməyə çalışıb.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, dünyaca məşhur musiqi qrupunun konsertini canlı yayımlayan Latviyanın dövlət telekanalı konserti tamaşaçılara sinxron tərcümədə təqdim etrmək qərarına gəlib. Sosial şəbəkələrdə yerləşdirilmiş və “Depeche Mode” musiqiçilərinin ifa etdikləri sevimli “Enjoy the Silence” mahnısının videogörüntüləri istifadəçilər arasında ciddi narazılığa səbəb olub. Telekanal əməkdaşlarının “Dövlət dili haqqında” qanunun normalarına riayət edərək, onlayn rejimdə mahnının sözlərini latış dilində səsləndirmək cəhdi uğursuzluqla nəticələnib. Belə bir səriştəsizlik “Twitter” istifadəçilərinin də hiddətinə səbəb olub.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər