07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Röya Ayxan üç gün ard-arda konsert verəcək
Tarix: 11-01-2023 12:22 | Bölmə: Şou-biznes
Röya Ayxan üç gün ard-arda konsert verəcək

Xalq artisti Röya Ayxan üç gün ard-arda konsert verməyi planlaşdırıb. Artıq konsertin rejissoru da məlumdur.

Reyting.az
“Olay”a istinadla xəbər verir ki, estrada ulduzunun “Dəli kimi” adlı musiqili gecəsi Ranar Musayevə həvalə olunub.

Xatırladaq ki, bu, R. Ayxanın 7 ildən sonra yenidən rejissor işi olan solo-konserti olacaq.

“Sonuncu dəfə belə konsertimiz Heydər Əliyev Sarayında ( 2016-cı il – “Qadın”) olub. Rejissorlar çalışmışdı, bənzər obrazlar yaradılmışdı. Neçə il sonra yenidən o həvəsi yaşadığım konsertim olacaq. Axır ki, mənə də qismət oldu. İlk dəfə Ranar Musyaevlə solo işim olacaq”, - deyə Röya Ayxan bildirib.

Qeyd edək ki, konsert 27, 28, 29 yanvarda Bakı Konqres Mərkəzində baş tutacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}