Ruslar Xarkovu bombalayıb, itki var
Tarix: 24-10-2025 14:05 | Bölmə: Dünya
Ruslar Xarkovu bombalayıb, itki var

Rusiya Ukraynanın Xarkov vilayətinə idarə olunan bombalarla hücum edərək bir fabrikə və avtobazaya zərbə endirib.

Reyting.az
xəbər verir ki, hücumun hədəfi fabrik və avtobaza olub.

Nəticədə bir neçə nəfəri yaralanıb.

Xarkov meri İqor Terexov bildirdiyinə görə, sənaye rayonuna iki idarə olunan bomba ilə hücum edilib. Ardınca eyni rayona ikinci zərbə endirilib.

"Bir mülki fabrikə və avtomobilə zərər dəyib, bir neçə nəfər yaralanıb. Ardınca yanğın baş verib",- deyə mer əlavə edib.

Mer iki itki barədə məlumat verib, lakin dağıntılar altında hələ də insanlar ola bilər. Daha sonra o, itkilərin sayının üçə çatdığını bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər