Nazirlər Kabineti qrantla bağlı yeni qərar verib
Tarix: 15-09-2023 12:30 | Bölmə: Xəbərlər
Nazirlər Kabineti qrantla bağlı yeni qərar verib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqəsinin elan edilməsi və müsabiqədə iştirak qaydası məlum olub.

Reyting.az 
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsaəsn, müsabiqə Agentlik tərəfindən şəffaflıq, obyektivlik, səmərəlilik, nəticəlilik və bərabərlik prinsiplərinə riayət olunmaqla keçirilməlidir.

Müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 30 (otuz) gün qalmış Agentlik tərəfindən onun rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və informasiya ehtiyatında yerləşdirilir, habelə bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verilir.

3. Müsabiqənin keçirilmə müddəti 6 (altı) aydan artıq ola bilməz.

4. Müsabiqənin keçirilməsi haqqında elanda aşağıdakılar qeyd edilir:

Qaydanın 7.5-ci bəndində nəzərdə tutulan sənədlərin (məlumatların) siyahısı;

2. müsabiqənin mövzusu və şərtləri;

3. müsabiqənin başlanma və bitmə tarixi;

4. müsabiqəni təşkil edən qurumun adı, ünvanı və əlaqə vasitələri barədə məlumatlar.

QHT müsabiqədə iştirak etmək üçün Agentliyin rəsmi internet səhifəsi vasitəsilə elektron ərizə ilə müraciət edir. Elektron ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə edilir:


1. layihə təklifi;

2. layihənin icra planı;

3. layihənin xərclər smetası;

4. layihənin büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);

5. QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

***

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi müəyyənləşib.

Reyting.az
xəbər verir ki, qərarla Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilib:

1. “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 15000 (on beş min) manat;

2. “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 30000 (otuz min) manat;

3. “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat;

4. “Səfər qrantı müsabiqəsi” üzrə - 10000 (on min) manat.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}