Mer Moskva hökumətini istefaya göndərib
Tarix: 18-09-2023 17:54 | Bölmə: Xəbərlər
Mer Moskva hökumətini istefaya göndərib

Moskva meri Sergey Sobyanin şəhər hökumətinin istefası haqqında fərman imzalayıb.

Reyting.az
“İnterfaks”a istinadla xəbər verir ki, işdən çıxarılan məmurlar yeni şəhər rəhbərliyi formalaşana qədər fəaliyyətini davam etdirəcəklər.

Bundan əlavə, mer Moskvanın inzibati rayonlarının prefektlərini tutduqları vəzifələrdən azad edərək, əvvəllər doldurulmuş vəzifələrini onlara həvalə edən fərman imzalayıb.

Qeyd edək ki, sentyabrın əvvəlində Sobyanin 76,39 faiz səs toplayaraq mer seçkilərində qalib gəlib. O, şəhərə üçüncü müddətə rəhbərlik edəcək. Onun andiçmə mərasimi sentyabrın 18-də baş tutub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}