00:14 / 27-02-2024
Bu gün Su çərşənbəsidir
15:27 / 26-02-2024
SOCAR-da yeni təyinat olub 
Axtarışda olan şəxs Gürcüstandan ölkəmizə gətirilib
Tarix: 01-12-2023 18:16 | Bölmə: Xəbərlər
Axtarışda olan şəxs Gürcüstandan ölkəmizə gətirilib

Beynəlxalq axtarışda olan İbadov Elxan Əhliyyət oğlu Azərbaycana ekstradisiya olunub.

Reyting.az
xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı İbadov Elxan Əhliyyət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Bakı şəhəri Nizami RPİ-də ibtidai istintaq edilən cinayət işi üzrə Elxan İbadovun xeyli ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

E. İbadov Gürcüstanın ərazisində saxlanılaraq dekabr ayının 1-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}