00:14 / 27-02-2024
Bu gün Su çərşənbəsidir
15:27 / 26-02-2024
SOCAR-da yeni təyinat olub 
Keçmiş icra başçısının məhkəməsi keçirilib
Tarix: 05-12-2023 15:25 | Bölmə: Cəmiyyət
Keçmiş icra başçısının məhkəməsi keçirilib

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məlumata görə, məhkəmə iclası Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Məhkəmədə bir nəfər şahid dindirilib.

Növbəti məhkəmə iclası dekabrın 28-nə təyin olunub.

Qeyd edək ki, bundan öncəki məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi. Hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt vermişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}