Ağcabədidə dönərxanada partlayış olub
Tarix: 07-12-2023 11:35 | Bölmə: Xəbərlər
Ağcabədidə dönərxanada partlayış olub

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub