10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
08:59 / 18-09-2025
“Digital Week 2025” Beynəlxalq Forumu başlayıb
08:52 / 18-09-2025
“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək
08:47 / 18-09-2025
Vens Kirkin qətli ilə bağlı kobud sözlər işlədib
08:41 / 18-09-2025
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
08:37 / 18-09-2025
Obama Trampın qüsurunu açıqlayıb
23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Mənasız ölümləri inkar edirəm - Etibar Cəbrayıloğlu yazır
Tarix: 07-12-2023 16:45 | Bölmə: Xəbərlər

Etibar CƏBRAYILOĞLU
“...Bir insan yaşayırdı bizim dünyada-İslam İbrahimov adlı! Bu insan ayaq üstə duranda əlində əsa tutardı, oturanda qələm...”
Bəs kim idi İslam İbrahimov?
Tanınmış ədəbiyyatşünas, sənətşünas, estetik, tənqidçi, yazıçı, dramaturq, tərcüməçi, pedaqoq... Ötən əsrin ortalarında Azərbaycan ədəbi-tənqidi prosesinin inkişafında xüsusi rol oynamış insanlardan biri.
Dövrünün məşhur ziyalılarından birini daha yaxından tanıyaq və tanıdaq. İslam İsmayıl oğlu İbrahimov 1922-ci il dekabrın 25-də Tiflis şəhərində anadan olub. Valideynlərini erkən itirdiyindən nənəsinin və böyük qardaşının himayəsində böyüyən gənc İslam 1939-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, ali təhsilini başa vurduqdan sonra tərcüməçi kimi “Kommunist” qəzetində işə başlayır. Cəmi bir il sonra gənc və bacarıqlı kadr kimi Moskvaya-SSRİ Xalq Komissarları Sovetinin ixtiyarına göndərilir və burada Azərbaycan nəşri şöbəsinin müdiri vəzifəsinə təyin olunur.
İslam İbrahimov Moskvada yaşadığı dövrdə A. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun aspiranturasına daxil olaraq fəlsəfə-estetika şöbəsində təhsil alır, nüfuzlu “Literaturnaya qazeta”da Azərbaycan üzrə müxbir kimi çalışır. Bakıya döndükdən sonra isə Bakı Kinostudiyasında ssenari şöbəsinin böyük redaktoru, Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi, “Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri vəzifələrində işləyir, məqalələri, tərcümələri qəzet və jurnallarda çap olunur. İstedadlı tərcüməçi kimi tanınan İslam İbrahimov Nazim Hikmətin Moskvada işıq üzü görən “Şeirlər” kitabının tərcüməçilərindən, tərtibçilərindən və “Ön söz”ün müəlliflərindən biri olur. Azərbaycan oxucusu onun tərcüməsində Mark Tvenin “Hekayələr” kitabı, Cek Londonun “Martin İden”, Səbahəddin Alinin “Asfalt yol” və Mixayıl Bubennovun “Ağcaqayın” romanları, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” povesti, Nazim Hikmətin pyesləri ilə tanış ola bilir. İslam İbrahimov özü də bədii əsərlər yazır, “Anaların divanı” pyesi Gəncə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulur. Ssenarisi ilə Bakı kinostudiyasında sənədli filmlər çəkilir, radio pyesləri Azərbaycanın efir dalğalarında səsləndirilir.

Görkəmli pedaqoq 1965-ci ildən ömrünün sonuna qədər - 1985-ci ilə kimi indiki Mədəniyyət və İncəsənət Universitetində çalışır. 20 il ərzində bilik və bacarığını tələbələrinə ötürməkdən yorulmur.
Anadan olmasının 100 illiyi ilə bağlı nəşr edilən “İslam İbrahimov. Həyat və sənət həqiqətləri” kitabını da tələbələrinin unudulmaz müəllimlərinə vəfa borcu saymaq olar.
Kitabın müəllifi İslam İbrahimovun istedadlı tələbələrindən biri, tanınmış teatrşünas, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarovdur. “Qanun” nəşriyyatında nəşr olunan kitabın elmi məsləhətçisi dosent Novruz Təhməzov, elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Tehran Əlişanoğlu, rəyçiləri sənətşünasıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə və filologiya üzrə fəlsəfə doktoru Azər Turandır.
“İslam İbrahimov. Həyat və sənət həqiqətləri” kitabında Vidadi Qafarov unudulmaz müəlliminin biblioqrafiyasına geniş yer ayırıb, işıq üzü görən məqalələri, tərcümələri, qələmə aldığı bədii əsərləri haqqında məlumat verib.
“Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın öz müəllimi İslam İbrahimov barəsində həmin kitabda ayrıca verilən məqaləsini həyəcansız oxumaq mümkün deyil: “...Təfəkkür tərzi çağdaşları tərəfindən asan anlaşılmayan, İncəsənət İnstitutunun həyətində, içində sarı balıqlar üzüşən hovuzun kənarındakı çay masasının arxasında əlini çənəsinə söykəyib oturmuş gümüşü saçlı, qızılı gözlüklü, çox yaraşıqlı İslam İbrahimov Rodenin “Mütəfəkkir” abidəsini xatırladırdı. Gözlərini bir nöqtəyə zilləyib davamlı olaraq həmin səmtə baxardı. Hələ tələbəlik illərimdə mən öz romantik xəyallarımla onu Prometeyə, Sizifə bənzədirdim...
...İslam İbrahimov idraka meydan açan sənət və ədəbiyyat aləminin həsrətindəydi. Belə bir aləm istər ötən yüzilliklərin dumanları arxasında gizlənsin, istərsə də gələcək əsrlərin büllur üfüqlərində yol gözləsin, fərqi yox, həmin aləm prometeylər, məcnunlar, janvaljanlar, martin idenlər doğura bilibsə, biləcəksə o aləm İslam müəllim üçün zəka azadlığının Vətənidir. Min il əvvəldə qalsın, yaxud min il gələcəkdə, Parisdə olsun, ya Bakıda, fərq etməz, bəyaz saçları qarayanız alnına tökülərkən klassik bir tablonu xatırladan İslam İbrahimov bütün hallarda həmin Vətənə can atdı...”
Tələbələrinin biri ilə söhbətində “Mən mənasız ölümləri inkar edirəm”, - demişdi İslam İbrahimov. O İslam İbrahimov ki, ayaq üstə duranda əlində əsa tutardı, oturanda qələm... O İslam İbrahimov ki, belə ziyalıları, pedaqoqları xatırlamağa və tanıtmağa dəyər...
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:57
Yaponiya 100 illik rekorda imza atıb
Bu gün, 10:53
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
Bu gün, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Bu gün, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
Bu gün, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Bu gün, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
Dünən, 16:56
Aİ komissarı Azərbaycana gəlir
Dünən, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
Dünən, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
Dünən, 14:27
Toxunuş qızılın kütləsini azaldır
Dünən, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 11:44
İsrailin Qəzzaya hücumları davam edir
Dünən, 11:19
İlham Əliyev Donald Trampa təşəkkür edib
Dünən, 10:09
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
Dünən, 09:25
Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"
16-09-2025, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
16-09-2025, 15:55
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
16-09-2025, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
16-09-2025, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
16-09-2025, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
16-09-2025, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
16-09-2025, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
15-09-2025, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
15-09-2025, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
15-09-2025, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
15-09-2025, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
15-09-2025, 13:38
Prezident Ərdoğan Qətərə gedib
15-09-2025, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
15-09-2025, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
15-09-2025, 11:06
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
15-09-2025, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
15-09-2025, 09:34
Bakıda mənzildən meyit tapılıb
15-09-2025, 08:57
Xəzər dənizində zəlzələ baş verib
15-09-2025, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
15-09-2025, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
15-09-2025, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
13-09-2025, 11:12
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 09:29
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
12-09-2025, 23:44
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
12-09-2025, 22:10
Salyanda 62 yaşlı kişi güllələnib