NATO Ukraynada Rusiya raketlərini vura bilər
Tarix: 30-04-2024 19:41 | Bölmə: Xəbərlər
NATO Ukraynada Rusiya raketlərini vura bilər

NATO müttəfiqləri Ukrayna ərazisi üzərindən Polşaya doğru uçan Rusiya raketlərini vura bilər.

Reyting.az
xəbər verir ki, bunun üçün NATO və Ukrayna səviyyəsində siyasi qərar, eləcə də müttəfiqlərin Ukrayna hava məkanındakı vəziyyətlə bağlı məlumatlara tam çıxışı lazımdır.

Polşanın keçmiş milli müdafiə naziri, təhlükəsizlik üzrə ekspert Yanuş Onişkieviç deyib ki, bu gün NATO təhlükəsizlik çətirini Qərbi Ukrayna ərazisi üzərində uzada bilməz. “Ancaq indi bunu elə etmək mümkündür və lazımdır ki, Polşanın hava məkanını poza biləcək raketlər Polşanın hava hücumundan müdafiə sistemi tərəfindən ölkəmizin ərazisindən vurula bilsin”, - Onişkeviç əlavə edib.

Polşanın hava hücumundan müdafiə sistemi raketin son anda yaxınlaşdığı vəziyyətə reaksiya verə bilər və o zaman onu vurmaq artıq gec olar. Ukrayna üzərindən Polşaya doğru uçan raketləri vurmaq qərarı verilə bilər, lakin bu, NATO tərəfdaşları da daxil olmaqla, müqavimət və tabuları aradan qaldırmağı tələb edəcək, çünki onlar müttəfiqlərin hava hücumundan müdafiə sistemlərinin istifadəsinə razılıq verməli və ya ən azı buna qarşı çıxmamalıdırlar.

Onişkeviç istisna etmir ki, gələcəkdə NATO Ukraynanın qərb hissəsinin səmasını tamamilə qorumaq qərarına gələcək, lakin bu, “bir az vaxt aparacaq”. Artıq iyulda Vaşinqtonda keçiriləcək NATO sammiti zamanı Polşaya doğru uçan raketlərin vurulması ilə bağlı qərar qəbul etmək olar.

Qeyd edək ki, Ukraynaya kütləvi zərbə zamanı Rusiya raketləri bəzən Polşaya doğru uçur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
14-05-2024, 10:09 XİN İsraili təbrik edib

{sape_links}{sape_article}