Əfsanəvi fırıldaqçının xəzinəsi tapılıb - Foto
Tarix: 17-05-2024 14:26 | Bölmə: Cəmiyyət
Əfsanəvi fırıldaqçının xəzinəsi tapılıb

17-18-ci əsrlərin əvvəllərində yaşamış, "maarifçi", eləcə də din pərdəsi altında bir çox sadəlövh insanları aldadaraq onları asanlıqla talan etdiyi üçün tarixə əfsanəvi fırıldaqçı kimi düşmüş Antoni Yaçevskinin xəzinəsi Polşanın cənubundakı dağlarda tapılıb.

Reyting.az
xatırladır ki, Polşada Yaçevskinin xəzinəsinin axtarışı 2022-ci ildən, yay aylarından başlamışdı. Axtarışına cəlb olunan "SGE" təşkilatının tədqiqatçıları, abidə bərpaçıları, həmçinin metal detektorları ilə hündür dağlara yollanan könüllü dəstələr nəhayət ki, istəklərinə çatıblar. Axtarış zamanı eyni vaxt ərzində bəzi sadə alətlərlə yanaşı metal detektor qızıl və gümüş sikkələrin ətrafa səpələnməsinə işarə edib.

Gismeteo.ru. bildirir ki, böyük axtarış qrupu əldə edilmiş bütün xəzinəni Polşanın paytaxtında yerləşən elmi müəssisəyə ekspertizaya göndəriblər.

Mütəxəssislərin sözlərinə görə, tapıntılar arasında hətta 17-ci əsrin ortalarına aid bir Hamburq dukatı da var ki, həmin metal pul üzərində Madonnanın, eləcə də İsa Məsihin təsviri həkk olunub.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq

{sape_links}{sape_article}