Ukrayna Krımda Rusiyanın üç qırıcısını məhv edib
Tarix: 17-05-2024 16:58 | Bölmə: Dünya
Ukrayna Krımda Rusiyanın üç qırıcısını məhv edib

Krımda Belbek aerodromuna iki raket hücumu uğurlu olub. Reydin nəticələrini göstərən peyk görüntülərini əldə edən CNN-nin məlumatına görə, Ukrayna üç hərbi təyyarəni və bazadakı iki binanı məhv etməyi bacarıb.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Sevastopol yaxınlığında yerləşən aerodroma hücum etmək üçün iki dəfə Amerikanın ATACMS raketlərindən istifadə edib.

Orada 4-cü Qvardiya Hava Hücumundan Müdafiə Ordusunun 38-ci Qırıcı Aviasiya alayı yerləşir. Rusiya Müdafiə Nazirliyi ilk reyd zamanı bölgə üzərində 10, ikinci reyd zamanı isə 5 ATACMS raketinin tutulduğunu və məhv edildiyini bildirsə də, zərbənin dəqiq hədəfinin nə olduğunu açıqlamayıb.

Raket hücumlarından sonra “Teleqram” kanalları yerli sakinlərə istinadla, uçuş-enmə zolağı və təyyarələrin dayanacağı əraziləri də daxil olmaqla bir sıra yanğınlar barədə məlumat verib.

Krımın “Atəş” partizan hərəkatı isə bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri “Su-27”, “Su-30” və “MiQ-31” təyyarələri üçün raketlərin saxlandığı Belbekin əsas artilleriya anbarını vurub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib