Nazir Cəsarət Valehovu müşavir təyin edib
Tarix: 06-05-2024 13:39 | Bölmə: Xəbərlər
Nazir Cəsarət Valehovu müşavir təyin edib

Elm və Təhsil Nazirliyinin keçmiş əməkdaşı Cəsarət Valehova yeni vəzifə verilib.

Reyting.az
“Qafqazinfo"ya istinadla xəbər verir ki, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub.

C. Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışırdı.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}