Paşinyanın komandası müxalifətə meydan oxuyur
Tarix: 06-05-2024 16:04 | Bölmə: Xəbərlər
Paşinyanın komandası müxalifətə meydan oxuyur
N. Paşinyan

“Ölkə hakimiyyətində kimin olacağına Ermənistan xalqı qərar verir. Başqa adamı seçsə, rəhbərlik edəcək. İstəməsə, dəyişdirəcək”.

Reyting.az
-ın xəbərinə görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə müxalifətinə cavab verərkən deyib.

“Növbədənkənar seçkilərdən danışırsınız, amma özünüz müflissiniz. Bir şey etmədiyimizdən danışırsınız, amma deyəcək sözünüz və danışmağa üzünüz yoxdur. Bir-birinizlə ünsiyyət qurur, deyirsiniz ki, görünmə, səni bəyənmirlər, bu dəfə layiqli adam gətirək və onun hesabına ortaya çıxaq. Özünüz də vicdansız olduğunuzu etiraf edirsiniz. Etiraf edirsiniz ki, siz nə siyasi xadim, nə də Ermənistan Respublikasının vətəndaşı kimi mövcud deyilsiniz.

Növbədənkənar seçkilərdən danışırlar, deyirlər, mandatdan imtina edin. Siz istefa verəcəksiniz? Vəzifə üstündə bir-birinizlə dalaşacaqsınız, səs-küyün hara gedəcəyini Allah bilir. Hər 10 aydan bir növbədənkənar seçkilər keçirib qalib gələ bilərik”, - Simonyan qeyd edib.

Simonyan Tavuş bölgəsindəki proseslərlə bağlı deyib: “Deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bəli, ona görə ki, bu ərazi bütövlüyü bizim ərazi bütövlüyümüzlə bağlıdır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}