HƏMAS-la İsrail atəşkəsə razılaşıb?
Tarix: 06-05-2024 21:45 | Bölmə: Xəbərlər
HƏMAS-la İsrail atəşkəsə razılaşıb?

HƏMAS Qətər və Misirin vasitəçilyi ilə Qəzzada İsrail ordusu ilə atəşkəs anlaşmasını qəbul edib.

Bu barədə HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bəyanat verib.

O, Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərinə "hə" dediklərini təsdiqləyib.

Bəyanatda şərtlər barədə hər hansı məlumat verilməyib.

İsrail isə HƏMAS-ın qəbul etdiyi atəşkəs razılaşmasını rəsmi Tel-Əvvin qəbul etmədiyini və bu səbəbdən Misir tərəfindən şərtlərin xeyli yumşaldıldığıni da qeyd edib. Ancaq Tel-Əviv tərəfi də yeni təkliflər paketinin detallarını açıqlamayıb(Mia.az).




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}