Nazirlikdə Aparat rəhbəri təyinatı olub
Tarix: 21-05-2024 14:35 | Bölmə: Xəbərlər
Nazirlikdə Aparat rəhbəri təyinatı olub

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.

Məlumata görə, sözügedən vəzifəyə Samir Ağabalayev təyin olunub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, bundan əvvəl nazirliyin Aparat rəhbəri Zaur Əliyev idi. O, sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}