13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
09:16 / 18-09-2025
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
09:05 / 18-09-2025
Ərdoğan: Haram əllərin müqəddəs Qüdsü ləkələməsinə izn vermərik!
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

AMEA-nın təşəbbüsü ilə Zəngilanda tədbir keçirilib - Fotolar
Tarix: 28-07-2024 12:38 | Bölmə: Xəbərlər

Zəngilan rayonunun Ağalı kəndində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü, AMEA Rəyasət Heyətinin, Azad Həmkarlar İttifaqının, Mərkəzi Elmi Kitabxananın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Müdrik siyasətin Böyük Qayıdış zirvəsi” mövzusunda tədbir keçirilib.
Reyting.az xəbər verir ki, tədbirdə AMEA Rəyasət Heyəti aparatının əməkdaşları, AMEA Azad Həmkarlar İttifaqının aparatının işçiləri, Akademiyanın elmi müəssisə və təşkilatlarının nümayəndələri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul şəxsləri - Aqil Qurbanov, Ceyhun Həsənov, Ağalı kənd məktəbinin direktoru Sahil Aslanlı, məktəbin pedaqoji heyəti və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ağalı kənd məktəbi ilə tanış olublar. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov qonaqları məktəbdə yaradılmış smart sistemlə tanış edib. Məktəblilərin bilik və bacarıqlara müasir üsullarla yiyələnmələri üçün yaradılmış texnoloji, innovativ imkanlara dair geniş məlumat verib.
Sonra Ağalı kənd məktəbinin akt zalında “Müdrik siyasətin Böyük Qayıdış zirvəsi” mövzusunda tədbir açıq elan edilib.
AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun moderatorluğu ilə tədbir öz işinə başlayıb.
S. Həsənov tədbirin baş tutmasına görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəhbərliyinə və bütün işgüzar heyətə iştirakçılar adından minnətdarlığını bildirib, eyni zamanda akademik İsa Həbibbəylinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Alimlərlə pedaqoji kollektivin, o cümlədən yerli sakinlərlə görüşlərin Böyük Qayıdışın elmi əsaslarının öyrənilməsi və təbliği istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. AMEA-da Vətən müharibəsi və Böyük Qayıdışa dair həyata keçirilən layihələrin və fundamental tədqiqatların yeni nəslin formalaşmasındakı ideoloji, siyasi əhəmiyyətini önə çəkib. Eyni zamanda belə tədbirlərin yeni elmi mövzulara istiqamət açdığını bildirib.
Sonra çıxış edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov MEK-də yaradılan elektron kitabxana sistemindən danışıb, vahid məlumat informasiya bazasının dərin elmi biliklər üçün fundamental vasitə olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə son illərdə Akademiya rəhbərliyinin apardığı islahatlara toxunub və qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu deyib. MEK tərəfindən Ağalı kənd məktəbinə çoxsaylı kitabların hədiyyə olunmasının məktəbin zəngin kitabxana sisteminin formalaşmasında mühüm əhəmiyyət daşıyacağını söyləyib.
Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud çıxış edərək bildirib ki, alimlərimiz Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə yeni reallıqlara cavab verən çağrışlarla daha əzmlə fəaliyyət göstərirlər. O qeyd edib ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun strukturunda “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsi, M.Füzuli adına Əlyazmalar İnstitutunda “Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi” yaradılıb. Eyni zamanda AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Şuşa Daşaltı Seysmoloji Stansiyasında işlərin başa çatmaq üzrə olduğunu bildirib. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ arxeoloji ekspedisiyasının geniş tərkibdə apardığı arxeoloji ekspedisiyanın səmərəli fəaliyyətini də iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlu, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi dosent Mərziyyə Nəcəfova, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Mahir Cavadov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, həmin müəssisənin ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, həmin institutun Həmkarlar Təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova və digər şəxslər çıxış edərək Böyük Qayıdışın fonunda daha güclü Azərbaycanın hədəflərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə reallaşacağını yekdilliklə bəyan ediblər. Bu yolda elmin və alimlərin üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Zəngilan rayonunun Ağalı kənd məktəbinə 150-dən çox kitab və monoqrafiya, 200-dən çox elmi məqalə, tədqiqat işləri və məlumat vasitələri hədiyyə edilib.
AMEA alimləri və tədbir iştirakçıları kənd ərazisini gəzərək sakinlərlə söhbət edib, Zəngilan rayonunda inşa edilmiş Məscidi ziyarət etməklə xatirə şəkli çəkdiriblər.

Bölməyə aid digər xəbərlər

Bu gün, 12:16
Dronlar Rusiyaya zərbələr endirib
Bu gün, 12:08
Əli Əsədov Qırğızıstana gedib
Bu gün, 10:57
Yaponiya 100 illik rekorda imza atıb
Bu gün, 10:53
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
Bu gün, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Bu gün, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
Bu gün, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Bu gün, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
Dünən, 16:56
Aİ komissarı Azərbaycana gəlir
Dünən, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
Dünən, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
Dünən, 14:27
Toxunuş qızılın kütləsini azaldır
Dünən, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 11:44
İsrailin Qəzzaya hücumları davam edir
Dünən, 11:19
İlham Əliyev Donald Trampa təşəkkür edib
Dünən, 10:09
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
Dünən, 09:25
Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"
16-09-2025, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
16-09-2025, 15:55
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
16-09-2025, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
16-09-2025, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
16-09-2025, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
16-09-2025, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
16-09-2025, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
15-09-2025, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
15-09-2025, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
15-09-2025, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
15-09-2025, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
15-09-2025, 13:38
Prezident Ərdoğan Qətərə gedib
15-09-2025, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
15-09-2025, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
15-09-2025, 11:06
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
15-09-2025, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
15-09-2025, 09:34
Bakıda mənzildən meyit tapılıb
15-09-2025, 08:57
Xəzər dənizində zəlzələ baş verib
15-09-2025, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
15-09-2025, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
15-09-2025, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
13-09-2025, 11:12
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 09:29
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub