Rusiya Kursk bölgəsində fövqəladə vəziyyət elan edib
Tarix: 08-08-2024 09:18 | Bölmə: Xəbərlər
Rusiya Kursk bölgəsində fövqəladə vəziyyət elan edib

Rusiya və Ukrayna hərbi qüvvələri arasında baş verən qarşıdurmalar səbəbindən Kursk bölgəsində fövqəladə vəziyyət elan edilib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna sərhədi yaxınlığında yerləşən Rusiyanın Kursk vilayəti qubernatorunun müavini Aleksey Smirnov bildirib.

A. Smirnov Telegram kanalında deyib ki, Ukrayna ordusunun dünən Kursk vilayətinə başlatdığı hücumlardan sonra yaranmış vəziyyət ürəkaçan deyil.

Vəziyyətin çətin, amma nəzarət altında olduğunu bildirən Smirnovun sözlərinə görə, düşmən qoşunlarının Kursk bölgəsinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün avqustun 7-dən etibarən bölgədə fövqəladə vəziyyət elan etmək qərarına gəliblər.

Rusiya Səhiyyə Nazirliyi bölgədə Ukrayna əsgərlərinin hücumu nəticəsində yaralananların sayının 31-ə yüksəldiyini açıqlayıb.

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Smirnov əlavə edib ki, Rusiya-Ukrayna sərhədində hücuma məruz qalan yaşayış məntəqələrindən dinc sakinlərin köçürülməsinə başlanılıb və bir gündə yüzlərlə mülki vətəndaşın bölgədən çıxarılıb.

Rusiya prezidenti Vladimir Putin Kursk bölgəsindəki vəziyyətlə bağlı təhlükəsizlik rəsmiləri ilə görüş keçirərək hökumətdən mülki şəxslərə lazımi dəstəyin göstərilməsi üçün lazımi addımların atılmasını istəyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
3-09-2024, 12:02 Bakıda evə basqın olub