13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Vəfa Nağının qardaşı ilə bağlı araşdırma aparılır
Tarix: 02-09-2024 11:11 | Bölmə: Xəbərlər
Vəfa Nağının qardaşı ilə bağlı araşdırma aparılır

Dünən keçirilən növbədənkənar parlament seçkiləri zamanı Neftçala rayonu 40 saylı seçki məntəqəsində insident baş verib.

Reyting.az
Axar.az-a istinadla bildirir ki, həmin rayondan namizəd Vəfa Nağıyeva və Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov arasında mübahisə yaranıb, daha sonra onlar əlbəyaxa dava ediblər.

Qurbanov insidentdən sonra özünü Vəfa Nağıyevin qardaşı kimi təqdim edən şəxs tərəfindən ölümlə hədələndiyini deyib.

Onun sözlərinə görə, yolda olarkən VAZ-2106 markalı 40-BE-061 dövlət nömrə nişanlı avtomobildə olan şəxs onun qarşısını kəsib. Zorla maşından düşürərək döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov deyib ki, deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinin zorakılığa məruz qalması ilə bağlı rayon polis şöbəsinə daxil olan müraciət üzrə araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib