13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Türk ordusu terrorçulara qarşı əməliyyat keçirib
Tarix: 03-09-2024 08:55 | Bölmə: Xəbərlər
Türk ordusu terrorçulara qarşı əməliyyat keçirib

Türk ordusu İraqın şimalında - Metina, Zap, Qara, Hakurk, Qəndil və Asosda çoxsaylı terrorçunu zərərsizləşdirib. Faktı Türkiyə Milli Müdafiə Nazirliyi təsdiqləyib.

Reyting.az
-ın xəbərinə görə, nazirlik bildirib ki, İraqın şimalında PKK/KCK və digər terror ünsürləri zərərsizləşdirilib:

“Xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququndan istifadə etdik. Bu məqsədlə Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrindəki terrorçulara qarşı hava əməliyyatı keçirildi. Əməliyyatla terror təşkilatının istifadə etdiyi və məsul terrorçuların olduğu düşünülən mağaralar, bunkerlər, sığınacaqlar, anbarlar və terror təşkilatının istifadə etdiyi obyektlər də daxil olmaqla 20 hədəf məhv edildi”.

Qeyd edilib ki, bu əməliyyatda çox sayda terrorçu yerli və milli sursatdan maksimum istifadə edilərək zərərsizləşdirilib:

“Millətimizin ürəyindən çıxan Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək. Bu əməliyyat zamanı günahsız insanlara, dost ünsürlərə, tarixə və ətraf mühitə zərər verməmək üçün bütün tədbirlər görülüb”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib