13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Rusiyaya qarşı yeni ittihamlar hazırlayırlar
Tarix: 05-09-2024 13:17 | Bölmə: Xəbərlər
Rusiyaya qarşı yeni ittihamlar hazırlayırlar

Bayden administrasiyası Rusiyanı 2024-cü ilin sonunadək ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir göstərmək üçün kampaniya aparmaqda ittiham etməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İddia olunur ki, rusların Amerika seçiciləri üçün dezinformasiya yayan bəzi media orqanlarına və müxtəlif onlayn platformalarına Kreml nəzarət edir. Bu səbəbdən də ABŞ Kremlin səylərinə qarşı yönələcək bir sıra addımlar atmağa məcburdur.

Rusiyanın dövlət media şəbəkəsi RT (Russia Today) ABŞ-nın ittihamlarının əsas hədəfi olacaq. Şirkət “RT America” da daxil olmaqla bütün dünyada televiziya platformalarını idarə edən Kremlin təbliğat kampaniyasının əsas hissəsi hesab olunur.

Qeyd olunur ki, 2024-cü ilin iyulunda ABŞ Ədliyyə Nazirliyi RT əməkdaşını 1000 sosial media hesabından istifadə edərək Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yaymaq və bunu Amerika vətəndaşlarının düşüncələri kimi ötürmək üçün bir sxemdə iştirakda ittiham edib.

Məlumata görə, Ağ evin gözlənilən açıqlamaları Bayden administrasiyasının son aylarda “Russia Today”ın Amerikadakı təsirini zəiflətmək üçün ikinci böyük cəhdi olacaq.

Seçkilərə müdaxilədə ittiham olunacaq digər Rusiya şirkəti Sosial Mühəndislik Agentliyidir.

CNN qeyd edir ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı ittihamı Ağ evin ciddi ictimai reaksiyasıdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib