ABŞ-da göydələn partladılıb
Tarix: 10-09-2024 07:53 | Bölmə: Xəbərlər
ABŞ-da göydələn partladılıb

114 metrlik "Capital One" qülləsi 40 ildən çoxdur ki, Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının Leyk-Çarlz şəhərinin ən məşhur simvollarından birinə çevrilmişdi. Ötən həftənin sonu bu bina tarixə çevrildi. Tikili uzun müddət idi ki, tərk edilmiş vəziyyətdəydi.

Reyting.az
"New York Post" nəşrinə istinadla bildirir ki, qüllə eyni vaxtda iki dağıdıcı qasırğanın qurbanı olduğuna görə xüsusi tapşırıqla, məqsədyönlü olaraq partlayışla dağıdılıb.

Bu bina 1983-cü ildə, fasadları tamamilə şüşədən olan göydələnlərin hələ müasir göründüyü zaman tikilib. Ancaq bununla belə, dövrünün bu memarlıq üslubunun nəticələri sübut edib ki, Luiziana ştatının meylli olduğu və tez-tez baş verən təbii fəlakətlərlə müqayisədə qüllə tamamilə yararsızdır.

Luiziana ştatı mütəmadi olaraq Atlantik okeanında formalaşan belə qasırğaların qarşısını almağının yollarını düşünür və məhz daha iki təbii fəlakət nəticəsində 2020-ci ildə göydələn bir-birinin ardınca iki şiddətli fırtınaya məruz qalıb.

Nəşrin yazdığına görə, avqustun sonunda Laura qasırğası keçdikdən sonra bu binaya çox ciddi ziyan dəyib, həmçinin bölgədə həlak olan vətəndaşların sayı 25 nəfərə çatıb və dəyən zərərin miqdarı 23 milyard dollar təşkil edib.

Bu hadisədən altı həftə sonra isə "Capital One Tower" qülləsi ikinci qasırğa deltası nəticəsində zədələnib və göydələnin istismarı qeyri-mümkün olub.

40 ildən çoxdur ki, dəhşətli qasırğalara sinə gərməyi bacaran hündürmərtəbəli binanı yenidən qurmaq üçün 167 milyon dollar gərəkdir, lakin bu kapitalı ayırmaq mümkün olmayıb. Uzun səylərdən sonra şəhər ancaq 7 milyon dollar tapa bilib ki, bu məbləğ də göydələni sökməyə kifayət edib. Bütün cəhdlərə baxmayaraq sonda binanı partlatmağa qərar veriblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər