Türklərin sualtı qayığı Afinanı təşvişə salıb
Tarix: 10-09-2024 09:02 | Bölmə: Xəbərlər
Türklərin sualtı qayığı Afinanı təşvişə salıb

Türkiyənin T-214 sinifli TCG Piri Rəis sualtı qayığı Yunanıstanı təşvişə salıb.

Reyting.az
xəbər verir ki, Yunanıstanın “Katimerini” qəzetində dərc olunan məqalədə Yunanıstanın Türkiyə ilə müqayisədə geridə qalması ilə bağlı narahatlıq ifadə edilib.

Məqalədə iddia olunur ki, Yunanıstan 4 ədəd T-214 sualtı qayığı ilə 10 ildir Türkiyə qarşısında üstünlüyə malik olsa da, xidmətdən çıxacaq freqatlar səbəbindən 2030-cu ilə qədər zəifləyəcək.

Bildirilir ki, Afinanın 2030-cu ildən sonra yeni korvetlərə sərmayə qoyması lazım gələcək, bu isə vəsait tapmaq və yeni işbirliklərinə girmək deməkdir.

Digər tərəfdən, məqalədə Türkiyənin artıq öz korvetlərini istehsal edə bildiyinə diqqət çəkilərək “Bu, türk müdafiə sənayesinin üstünlüyünü göstərir”,- ifadəsi işlədilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər