Müharibə Livana qədər uzana bilər - Foto
Tarix: 10-09-2024 09:25 | Bölmə: Xəbərlər
Müharibə Livana qədər uzana bilər

Qəzza zolağında müharibənin ətraf ölkələrə yayılması ilə bağlı narahatlıqlar davam etsə də, İsrailin Livan və “Hizbullah” əleyhinə son bəyanatları daha çox diqqət cəlb edir.

Reyting.az
xəbər verir ki, İsrail və “Hizbullah” arasında Livan sərhədində davam edən münaqişələr və qarşılıqlı hücumlar İsrail ictimaiyyətində narahatlıq yaradır.

Dünən Livandan atılan raket İsrailin şimalındakı Nahariya bölgəsində hündürmərtəbəli binaya çırpılıb.

“Hizbullah”ın 20-dən çox raket atdığı bildirilir.

Baş nazir Binyamin Netanyahunun Likud partiyasından olan parlament üzvü Nissim Vaturiyə İsrail və “Hizbullah” arasındakı münaqişənin bir neçə gün ərzində genişmiqyaslı müharibəyə çevrilə biləcəyini deyib.

İsrail Milli Birlik Partiyasının lideri və müxalifətin ən mühüm simalarından biri olan Benni Qantz İsrail ordusunun Qəzzada müəyyən bir nöqtəyə çatdığını və hazırda şimal sərhədində “diqqətini cəmləşdirməli” olduğunu bildirib.



Digər tərəfdən, İsrailin İranın dəstəklədiyi qruplaşmalara qarşı hava hücumları davam edir. Nəhayət, İsrail ordusunun Suriyanın Həma çölündə həyata keçirdiyi hava hücumunda ən azı 18 nəfər həyatını itirdiyi, 37 nəfərin yaralandığı bildirilir. Suriya İnsan Haqları Müşahidə Qrupu ölənlərin sayının 26 olduğunu qeyd edib.

İsrailin Suriyadakı ilk hədəfin hərbi araşdırma mərkəzi olduğu bildirilir.

Qeyd olunur ki, digər hədəf “Suriyada silah hazırlamaq üçün İran silahlı qüvvələrinin və mütəxəssislərinin yerləşdirildiyi” obyektdir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər