Türkiyədə Heydər Əliyev adına məktəbin açılışı olub
Tarix: 11-09-2024 15:49 | Bölmə: Xəbərlər
Türkiyədə Heydər Əliyev adına məktəbin açılışı olub

Dağıdıcı zəlzələlərdən zərər çəkən Türkiyənin Kahramanmaraş vilayətində Heydər Əliyev adına ibtidai məktəbin açılışı baş tutub.

Reyting.az
APA-ya istinadla bildirir ki, açılış mərasimində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və onun türkiyəli həmkarı Yusuf Tekin iştirak ediblər.

Emin Əmrullayev bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlığı sadəcə sözdə deyil, həm də əməldədir. O qeyd edib ki, iki ölkə hər zaman birlik nümayiş etdirib ki, bu da bütün Türk dünyasının güclənməsi üçün önəmlidir. Nazir, həmçinin, məktəbin açılması ilə bağlı bütün şəhər sakinlərini təbrik edib.








Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib