Tolstoyun 47 yaşlı qohumu ölü tapılıb
Tarix: 12-09-2024 07:45 | Bölmə: Xəbərlər
Tolstoyun 47 yaşlı qohumu ölü tapılıb

Moskvada rus yazıçısının qohumu müəmmalı şəraitdə dünyasını dəyişib.

Reyting.az
yerli mediaya istinadla xəbər verir ki, 47 yaşlı moskvalı qadının cəsədi paytaxtın şimal-qərbindəki mənzillərdən birində aşkar edilib. Qadının ən azı iki gün ərzində qanın içində qaldığı bildirilir.

Məlumata görə, ölmüş qadının babası ötən əsrin əvvəllərində dahi yazıçı Lev Tolstoyun qardaşı qızı ilə evlənərək onunla qohum olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib