Kəlbəcərdə ağır qəza: ölən və yaralı var
Tarix: 12-09-2024 08:24 | Bölmə: Xəbərlər
Kəlbəcərdə ağır qəza: ölən və yaralı var

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Reyting.az
xəbər verir ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər görüblər. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü İ. Qasımov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib