Su samurları şəhər parkında qadını parçalayıb - Foto
Tarix: 12-09-2024 12:32 | Bölmə: Xəbərlər
Su samurları şəhər parkında qadını parçalayıb

Malayziyada şəhər parkında səkkiz su samuru qadına hücum edib.

Reyting.az
xəbər verir ki, qadını məməlilərin pəncəsindən yoldan keçənlər xilas ediblər.

Hücum nəticəsində qadının bədənində dərin yaralar yaranıb və su samuru qrupu naməlum istiqamətdə yoxa çıxıb.

Heyvan hüquqları müdafiəçilərinin fikrincə, su samurlarının insanlara hücum etməsi qeyri-adi haldır. Onlar adətən təhdid edildikdə hücuma keçirlər.



Xatırladaq ki, keçən il Asiya və ABŞ-da da su samurlarının insanlara dəfələrlə hücumları qeydə alınıb. 2023-cü ilin avqustunda Montanada su samuru üç qadına hücum edib, qurbanlardan biri ağır yaralanıb.

Onu da qeyd edək ki, su samurlarının uzunluğu 82 sm-ə qədər olur və yetkin heyvanların çəkisi adətən 5 ilə 14 kq arasındadır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib