Şamaxıda bir nəfəri öldürüb, digərini yaralayıblar
Tarix: 13-09-2024 08:30 | Bölmə: Xəbərlər
Şamaxıda bir nəfəri öldürüb, digərini yaralayıblar

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda Püstə Hüseynovaya və Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə. Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətinin regional qrupundan bildiriblər.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni, Şeydayev Elbrus saxlanılıb.

İlkin məlumatda bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib