Baş nazirin istefası və erkən seçkilər tələb olunur
Tarix: 13-09-2024 08:57 | Bölmə: Xəbərlər
Baş nazirin istefası və erkən seçkilər tələb olunur

İsrailin müxalif Milli Birlik Partiyasının lideri Benni Qantz baş nazir Binyamin Netanyahunu ordu liderlərinə, Qəzzadakı məhbuslara və savaş siyasətinə etiraz edənlərə qarşı “nifrət nitqindən istifadədə” ittiham edərək onu erkən seçkilərə çağırıb.

Reyting.az
-ın xəbərinə görə, iyun ayında Müharibə Kabinetindən istefa verən deputat Gantz “X” sosial media hesabında İsrail parlamentindəki çıxışını paylaşıb.

İsrail baş naziri Netanyahu hökumətini ittiham edən Gantz deyib ki, artıq növbədənkənar seçkilərin keçirilməsi və milli konsensus hökuməti qurmağın vaxtıdır.

Müxalifət lideri bildirib ki, Netanyahunun nifrət nitqinə baxmayaraq, niyə hələ də onunla birlik üçün danışanların olduğunu başa düşmür.

Gantz daha əvvəl İsraildəki müxalifət qrupları ilə birlikdə Qəzza müharibəsindən öz maraqları üçün istifadədə ittiham etdiyi Netanyahunu istefaya çağırıb və erkən seçkilərin keçirilməsini tələb edib.

İstefa və erkən seçki tələblərini rədd edən Netanyahu bu halda dövlətin iflic vəziyyətinə düşəcəyini və məhbus mübadiləsi danışıqlarının pozulacağını deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib