Altı milyard dollarlıq hərbi yardım yoxa çıxa bilər
Tarix: 13-09-2024 09:54 | Bölmə: Xəbərlər
Altı milyard dollarlıq hərbi yardım yoxa çıxa bilər

ABŞ-nın Ukraynaya 6 milyard dollara yaxın yardımı təhlükə altındadır. Bu vəsaitlər sentyabrın sonuna qədər yoxa çıxa bilər.

Reyting.az
xəbər verir ki, bunun qarşısını almaq üçün Konqres Pentaqonun öz ehtiyatlarından Ukraynaya silah göndərmək səlahiyyətlərini genişləndirmək qərarına gəlməlidir.

Qeyd olunur ki, Ağ ev Konqresdən federal hökuməti maliyyələşdirmək və onun işinin dayandırılmasının qarşısını almaq üçün qanunvericilərin maliyyə ilinin sonuna qədər (sentyabrın 30-dək) qəbul etməyi planlaşdırdıqları istənilən qətnaməyə maliyyələşdirmə səlahiyyətini daxil etməyi xahiş edib. Məmurlar isə səlahiyyətlərin daha bir il uzadılacağına ümid bəsləyirlər.

Bildirilir ki, əgər Konqres maliyyələşdirməyə səs verməsə, Pentaqon Ukraynaya yardımı qorumaq üçün başqa variantları nəzərdən keçirəcək. Bu tədbirlərin konkret nədən ibarət olacağı hələlik məlum deyil.

Məlumata görə, hazırda Ukraynaya kömək üçün 4 milyard dollardan bir qədər çox uzunmüddətli maliyyə vəsaiti mövcuddur və bunun müddəti 30 sentyabr 2025-ci ildə bitir. Bu vəsaitlər uzunmüddətli silah tədarükü müqavilələrinin ödənilməsinə sərf olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib