Daha 49 ukraynalı rus əsirliyindən azad edilib
Tarix: 13-09-2024 15:29 | Bölmə: Xəbərlər
Daha 49 ukraynalı rus əsirliyindən azad edilib

Daha 49 ukraynalı rus əsirliyindən azd edilib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram”-da məlumat verib.

Reyting.az
-ın xəbərinə görə, Zelenski bildirib ki, azad edilən 49 ukraynalı arasında qadın da var.

Onun sözlərinə görə, azad edilənlər Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Milli Polisin, Dövlət Sərhəd Xidmətinin əsgərləri, eləcə də mülki vətəndaşlardır. Onlaradan biri də Lenya Umerova - girov götürülən qızdır. O, xəstə atasına baxmağa gələndə ruslar tərəfindən saxlanılıb.

Zelenski əlavə edib ki, “Azovstal”çıların daha bir hissəsi, hərbi həkim Viktor İvçuk da azad edilib.

Dövlət başçısı əsir və girovların Rusiya əsirliyindən azad edilməsini təmin edən komandaya təşəkkürünü bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib