Fatma Səttarova 102 yaşında vəfat edib - Yenilənib
Tarix: 14-09-2024 14:01 | Bölmə: Xəbərlər
Fatma Səttarova 102 yaşında vəfat edib

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Hüseyn qızı Səttarova vəfat edib.

Reyting.az
xəbər verir ki, o, 102 yaşında dünyasını dəyişib.

Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Səttarova Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdi.

Ona həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü də təyin edilmişdi.

***

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.


Məlumata görə, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib