Azərbaycan Qran-prisinin qalibi bəlli olub
Tarix: 15-09-2024 18:29 | Bölmə: Xəbərlər
Azərbaycan Qran-prisinin qalibi bəlli olub

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Məlumata görə, "McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.

"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.

Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb(Report)





Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib