15:53 / 20-09-2024
Yerə asteroid yaxınlaşır
12:30 / 20-09-2024
Sabah yağış yağacaq
Tramp: “Ətrafımda silah səsləri eşitdim, lakin...”
Tarix: 16-09-2024 09:07 | Bölmə: Xəbərlər
Tramp: “Ətrafımda silah səsləri eşitdim, lakin...”

ABŞ-nın keçmiş prezidenti Donald Trampın Florida ştatında olduğu yerin yaxınlığında atışma səsləri eşidildikdən sonra onun sağ-salamat olduğu bildirilir.

Reyting.az
-ın xəbərinə görə, Trampın kampaniya komandasının verdiyi açıqlamada qeyd edilib ki, bu gün günorta saatlarında Trampın qaldığı Florida ştatının West Palm Beach yaxınlığında atəş səsləri eşidilib.

Kampaniyanın kommunikasiya direktoru Stiven Çeunq deyib ki, Tramp təhlükəsizdir.

Ağ evin yazılı açıqlamasında isə qeyd olunur ki, ABŞ prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris Trampın qolf oynadığı Tramp Beynəlxalq Qolf Sahəsində baş verən təhlükəsizlik hadisəsi ilə bağlı məlumatlandırırlar.

Trampın rəqibi Kamala Harris öz hesabında bu olayı pisləyib.

Cənubi Karolinadan Respublikaçı senator Lindsey Graham da “X” hesabında “Mən indicə prezident Trampla danışdım. O, tanıdığım ən güclü insanlardan biridir. O, yaxşı əhval-ruhiyyədədir və ölkəmizi xilas etmək üçün həmişəkindən daha qətiyyətlidir”,- sözlərini paylaşıb.

Qeyd edilir ki, Tramp qolf oynayan zaman şübhəli şəxs atəş açıb.

Tərəfdarlarına göndərdiyi elektron məktubda “heç vaxt təslim olmayacağını” ifadə edən Tramp deyib: “Ətrafımda silah səsləri eşitdim, lakin söz-söhbətlər nəzarətdən çıxmazdan əvvəl demək istəyirəm ki, mən yaxşıyam və təhlükəsizəm”.

Onu da qeyd edək ki, Tramp iyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı sui-qəsd cəhdindən qulağından aldığı yara ilə sağ çıxıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər