Baş nazirlə müdafiə naziri arasında gərginlik artır
Tarix: 17-09-2024 13:40 | Bölmə: Xəbərlər
Baş nazirlə müdafiə naziri arasında gərginlik artır

İsrailin baş naziri Binyamin Netanyahu ilə müdafiə naziri Yoav Gallant arasındakı fikir ayrılığı gərginliyə səbəb olub.

Reyting.az
-ın xəbərinə görə, İsrailin rəsmi televiziya kanalı KAN xəbər verir ki, bir çox məsələlərdə olan fikir ayrılığı Netanyahu ilə Gallant arasındakı gərginliyi bazar günü gecə pik həddə çatdırıb.

İddia olunur ki, münasibətlərin daha da pisləşməsinə səbəb “Hizbullah”la vəziyyətin gərginləşməsi, müdafiə naziri Yoav Gallantın Livana qarşı böyük hücumun qarşısını almasıdır.

İsrail Müdafiə Qüvvələrinin (IDF) Şimal Komandanlığının rəhbəri Uri Qordin məhdud əməliyyatı dəstəklədiyi halda, Gallantın buna qarşı olduğu bildirilir.

KAN-nın məlumatına görə, Netanyahu deyib ki, Gallant şimalda əməliyyatın qarşısını almağa çalışarsa, vəzifədən azad ediləcək.

Mənbələr deyiblər ki, Netanyahu Gallantı əvəzləməyi düşündüyü Yeni Ümid Partiyasının lideri Gideon Saarla görüşsə də, Saar bunu təkzib edib.

“Kanal 12” isə iddia edir ki, Netanyahu Saarı xarici işlər naziri təyin etmək, Gallantın yerinə isə xarici işlər naziri Yisrael Katz və ya kənd təsərrüfatı naziri Avi Dixterin təyin olunmasını düşünür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib