Ahıl şəxsləri aldadan daha bir dələduz tutulub
Tarix: 14-10-2024 12:14 | Bölmə: Xəbərlər
Ahıl şəxsləri aldadan daha bir dələduz tutulub

Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib: "Onların 8000 manat və 9530 avro pulunun eyni üsulla ələ keçirildiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir."




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər