10:17 / 04-12-2024
Ceyhun Bayramov Maltaya gedib
"TikTok bəlası": 13 yaşlı qıza təcavüz edən şəxs tutulub
Tarix: 03-12-2024 18:08 | Bölmə: Xəbərlər
"TikTok bəlası": 13 yaşlı qıza təcavüz edən şəxs tutulub

Evdən qaçmış 13 yaşlı qızla intim münasibətdə olan 18 yaşlı Məcid Quliyev (şərti soyadlı) cinayət məsuliyyətinə cəlb edilib.

Reyting.az
Publika.az-a istinadən xəbər verir ki, hadisə bu il iyunun 23-də Tərtər şəhəri, Vəzir Orucov küçəsində istifadə edilməyən binada baş verib.

Həmin gün Tərtər şəhər 3 saylı tam orta məktəbdə təhsil alan 13 yaşlı iki qız şagird evdən qaçıb. Onlar "TikTok" sosial şəbəkəsində tanış olduqları Elnur və Məcid adlı oğlanlarla birgə istifadə edilməyən binaya gedərək gecəni orada qalıblar. Burada olduqları zaman qızlardan biri Məcidlə, digəri Elnurla ayrı-ayrı otaqlarda qalıb. Həmin vaxt Məcid yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.

Növbəti gün şəhər ərazisində parkda olarkən polis əməkdaşları onları şöbəyə aparıblar. Məlum olub ki, yeniyetmələrin ailələri qızların itkin düşməsi barədə polisə xəbər veriblər. Burada izahatlar alınarkən qızlardan V.Cəfərova Məcid adlı oğlanla gecə intim münasibətdə olduğunu deyib.

Məcid barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Tərtər Rayon Məhkəməsinin 27.11.2-24-cü il tarixli hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər