Hikmət Hacıyev səfiri qəbul edib - Foto
Tarix: 04-03-2025 18:36 | Bölmə: Xəbərlər
Hikmət Hacıyev səfiri qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyəti başa çatan Fələstin Dövlətinin səfiri Nasser Abdul Kərimi qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Fələstin səfirliyi "Facebook" hesabında paylaşıb.

Diplomat səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkür edib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, habelə, gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq