Dünyanın ən böyük aysberqi quruya çırpılıb - Foto
Tarix: 06-03-2025 16:32 | Bölmə: Xəbərlər
Dünyanın ən böyük aysberqi quruya çırpılıb

Dünyanın ən böyük aysberqi "A23a" Atlantik okeanın sahilindən bir az uzaqlaşaraq quruya çırpılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Antarktika Tədqiqatı Mərkəzi məlumat yayıb.

Bildirilir ki, aysberq hərəkət istiqamətini dəyişməklə, qəfildən Cənubi Corciya adasındakı quru sahəyə çırpılıb.

Mütəxəssislərin sözlərinə görə, yaranmış vəziyyət aysberqin tam parçalanmasına səbəb ola bilər ki, bu da həmin aysberqin öz böyük statusunu itirməsi ilə nəticələnər.

"A23a" aysberqi hazırda təxminən bir trilyon ton ağırlığındadır və Londondan demək olar ki, iki dəfə böyükdür. O, həm də dünyanın ən qədim aysberqi sayılır. Bu aysberq 1986-cı ildə Filçner adlanan Buz Şelfindən qopmaqla, 30 il ərzində Ueddell dənizində qalıb.



"O, indi korlanmış vəziyyətdədir və artan yüklərinə görə aysberqin qırılma ehtimalı yüksəkdir. Lakin bunu proqnozlaşdırmaq mümkün deyil. Böyük aysberqlər əvvəllər daha çox şimala doğru səyahət edirdilər. İndi isə onlar qəzaya səbəb olacaq hərəkət nəticəsində parçalanır, sonradan da tez əriyir", - deyən okeanoloq Endryu Meyers təhlükənin bu gün də mövcud olduğunu bildirib.

Bu aysberqin ekosistemə təsiri də tədqiqatçılar üçün son dərəcədə maraqlı olacaq.

Alim əlavə edib ki, "A23a"-nın dərinlikdəki sahillə toqquşması diblərdən qalxan bir çox qidalı canlıların kütləsinə gətirib çıxarıb və bununla da regiondakı pinqvinlərin, suitilərin qidaları getdikcə artmağa başlayıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq