Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb - Yenilənib
Tarix: 08-03-2025 23:18 | Bölmə: Cəmiyyət
Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb

İmişlidə bir ailənin üç üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

***

İmişli rayonunda dəm qazından zəhərlənən şəxsin kimliyi məlum olub.

TƏBİB-nin məlumatına görə,1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, zəhərlənmə diaqnozu qoyulan şəxs ailə başçısı Vaqif Azadovdur.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.




Bölməyə aid digər xəbərlər