18:27 / 21-05-2025
AMİP qurultaya hazırlaşır
Bakıda magistral su xəttində qəza baş verib
Tarix: 07-03-2025 15:38 | Bölmə: Cəmiyyət
Bakıda magistral su xəttində qəza baş verib

Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması zamanı problemin daha geniş miqyas aldığı müəyyən edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəzanın həcminin böyük olduğu aşkarlanıb.

Bu səbəbdən təmir işlərinin icra müddəti 8 mart tarixinə qədər uzadılıb.

Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlar, “Vorovski” qəsəbəsi və Nərimanov rayonunun bir hissəsində suyun verilişində fasilə yaranıb.

Qeyd olunub ki, sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər