AQTA sədrinə müşavir təyin olunub
Tarix: 08-03-2025 11:54 | Bölmə: Cəmiyyət
AQTA sədrinə müşavir təyin olunub

Kənd Təsərrüfatı Nazirliyi yanında (KTN) Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) keçmiş sədri Seymur Mövlayevə yeni vəzifə verilib.

Məlumata görə, o, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri təyin edilib(Report).

İxtisasca regionşünas olan S.Mövlayev vaxtilə KTN yanında Aqrar Xidmətlər Agentliyinə (AXA) və "Aqrolizinq" ASC-yə də rəhbərlik eidb. Onun adı mediada nazirlikdəki təyinatları ilə yanaşı, atası Aydın Mövlayevin evindən oğurluq hadisəsi ilə bağlı keçirilən məhkəmə proseslərində hallanıb.




Bölməyə aid digər xəbərlər