23:39 / 08-03-2025
Vəzifəli şəxs piyadanın ölümündə şübhəli bilinir
23:18 / 08-03-2025
Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb - Yenilənib
14:59 / 08-03-2025
Bakıda itkin düşən hüquq müdafiəçisi tapılıb - Yenilənib
13:33 / 08-03-2025
Cənubi Koreya prezidenti sərbəst buraxılıb
11:54 / 08-03-2025
AQTA sədrinə müşavir təyin olunub
11:13 / 08-03-2025
Tovuz rayonunda restoran yanıb - Video
11:00 / 08-03-2025
Hikmət Hacıyev: Ermənistan, cinayətlərinin unudulacağına inanırsa, ciddi şəkildə yanılır
10:52 / 08-03-2025
AMEA-da yeni şöbələr yaradılıb
10:44 / 08-03-2025
Mehriban Əliyeva qadınları təbrik edib - Foto
00:08 / 08-03-2025
Bu gün Beynəlxalq Qadınlar Günüdür
21:25 / 07-03-2025
İlham Əliyev Qadınlar Günü ilə bağlı paylaşım edib - Foto
18:35 / 07-03-2025
Estoniya da nadir torpaq ticarətinə başlayıb
18:02 / 07-03-2025
Oleq Bakinskinin məhkəməsi: şahid prosesə məcburi gətiriləcək
17:55 / 07-03-2025
Tramp: "Ümid edirəm ki, İran danışıqlara "yox" deməyəcək"
17:53 / 07-03-2025
Müttəfiqləri ABŞ-a kəşfiyyat məlumatları ötürməyəcək
17:18 / 07-03-2025
Ukrayna Prezident Aparatı: Zelenski ABŞ-dan üzr istəməyəcək
17:12 / 07-03-2025
Komitə işçiləri DTX-nın təcridxanasında erməniəsilli şəxslərə baş çəkib
17:11 / 07-03-2025
NATO qırıcılarını Rusiyaya qarşı səfərbər edib
16:58 / 07-03-2025
Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır
16:44 / 07-03-2025
Agentlik: "Martın 10-da 4-cü günə aid dərslər tədris olunmalıdır"
16:14 / 07-03-2025
Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon ayrılıb - Sərəncam
16:12 / 07-03-2025
Dünyanın mövcud nizamını dağıdırlar
15:56 / 07-03-2025
NASA köhnə "Voyager 2"-ni bağlayır - Foto
15:55 / 07-03-2025
Qanunsuz qumar oyunları: 2 milyonluq qalmaqalla bağlı proses davam edir
15:50 / 07-03-2025
İrandan Azərbaycana 42 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
15:45 / 07-03-2025
Zülfüqarov: Qarşıdurmaların nüvəsində imperalist maraqlar dayanır
15:38 / 07-03-2025
Bakıda magistral su xəttində qəza baş verib
14:59 / 07-03-2025
Ceyhun Bayramov Qazaxıstana gedəcək
14:34 / 07-03-2025
"Aqroservis” ASC-nin İdarə Heyəti sədrinə müavin təyin olunub
14:22 / 07-03-2025
Ukraynaya kütləvi hücum davam edir
13:03 / 04-03-2025

11:36 / 06-03-2025

13:07 / 04-03-2025

19:51 / 05-03-2025

13:45 / 06-03-2025

10:10 / 06-03-2025

13:36 / 04-03-2025

17:05 / 04-03-2025

12:11 / 06-03-2025

20:31 / 06-03-2025

20:47 / 04-03-2025

21:34 / 05-03-2025

Dövlət Agentliyinin rəhbərliyi haqqında yeni iddialar yayılıb
Tarix: 07-03-2025 10:15 | Bölmə: Xəbərlər

Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsindən sonra bu qurum ətrafında iddialar səngimir.
Reyting.az Lent.az-a istinadla xəbər verir ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
“Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - deyə mənbə bildirib.
Fuad Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub, 23 saylı orta məktəbdə təhsil alıb.
1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam etdirib.
1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.
2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olub. 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb. 2017-ci il tarixindən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub. Evlidir və üç övladı var.
İddialarda o da bildirilir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Belə ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency İnternational” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər.
Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.
Xəbər verdiyimiz kimi, iki gün əvvəl Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb. Publika.az Kənan Qasımovun 2011-ci ildə “Amerikanın Səsi” radiosuna verdiyi müsahibəsinin bəzi hissələrini təqdim edib.
O dövrlərdə “Transparency International” təşkilatının qolu olan “Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi kimi çalışan Kənan Qasımov müsahibəsində Azərbaycanda məhkəmə sistemindəki problemlərdən danışıb. Jurnalistin “Korrupsiya əsasən hansı sektorlarda qeydə alınır?” sualına o belə cavab verib:
“Azərbaycanda insanlar daha çox polisdə rüşvətin olması qənaətindədirlər. Eyni zamanda insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədir. Amma onu da deyə bilərəm ki, "Şəffaflıq Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən “ALAC” layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallarından edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında əldə etdiyimiz rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb".
“Amerikanın Səsi” redaksiyasının “Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərbi ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub” sualını K.Qasımov belə cavablandırıb: “Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya "Transperancy International" təşkilatının adının salınmasının heç bir halda məntiqli izahı yoxdur. Ona görə ki, “Transperancy International” təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABŞ təşkilatı kimi göstərilməsinin nəyə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu, heç bir halda reallığı əks etdirmir".
Onu da bildirək ki, sözügedən şəxs 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Yeri gəlmişkən, Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov agentliyin ünvanına sərt fikirlər səsləndirib.
“Dövlət Turizm Agentliyinin rəhbərliyinin niyə Milli Kulinariya Mərkəzini iflic vəziyyətinə salması, Milli Kulinariya Assosiasiyasına daim təzyiq göstərməsi, Ermənıstana bu sahədə yol açıb revanş verməsi, bu sahədəki QHT-lərin işinə qanunsuz müdaxilə etməsi, özünə QHT yaratması, dövlətin bu sahədəki qələbələrinin heçə endirilməsi, brendləşən festivalların ləğvi, Kulinariya Şöhrəti Muzeyinin dağılmasının səbəblərini indi yalnız təxmin etmirik, həm də buna artıq əminik, bunu artıq hamı anlayır”, - deyə o bildirib.
Tahir Əmiraslanov dövlət başçısına məlum sərəncama görə təşəkkür edib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi iddialara heç bir münasibət bildirməyib.(Musavat.com)
Bölməyə aid digər xəbərlər

Bu gün, 23:39
Vəzifəli şəxs piyadanın ölümündə şübhəli bilinir
Bu gün, 14:59
Bakıda itkin düşən hüquq müdafiəçisi tapılıb - Yenilənib
Bu gün, 11:13
Tovuz rayonunda restoran yanıb - Video
Bu gün, 00:08
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Dünən, 15:56
NASA köhnə "Voyager 2"-ni bağlayır - Foto
Dünən, 14:59
Ceyhun Bayramov Qazaxıstana gedəcək
Dünən, 14:03
Əli Əsədov Milli Məclisdə hesabat verəcək
Dünən, 10:30
Xəzər dənizində zəlzələ olub
Dünən, 09:30
Kəşfiyyatın keçmiş rəhbəri qətlə yetirilib
Dünən, 09:23
Seçkidə Zelenskinin işi çətin olacaq
6-03-2025, 23:26
NASA kosmosda su axtaracaq
6-03-2025, 18:00
Tovuzda yeni doğulan körpə ölüb
6-03-2025, 16:56
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
6-03-2025, 16:32
Dünyanın ən böyük aysberqi quruya çırpılıb - Foto
6-03-2025, 15:45
Rusiyada qadını öldürən azərbaycanlılar tutulub
6-03-2025, 13:43
Reabilitasiya Mərkəzində yanğın söndürülüb - (Yenilənib)
6-03-2025, 13:30
"Azərlotereya"nın vəzifəli şəxsi erməni bayrağı paylaşıb - Foto
6-03-2025, 12:51
Ermənistan sərhəddə yanğın törədib - Video
6-03-2025, 12:26
Ağadadaş Ağayevlə dalaşan mühafizəçiyə hökm oxunub
6-03-2025, 12:09
Ağadadaş Ağayevə hökm oxunub
6-03-2025, 11:52
Putin ABŞ-a səfir təyin edib
6-03-2025, 09:02
Şəkidə məktəbli intihar edib
6-03-2025, 08:47
Buenos-Ayresin 2 milyon sakini işıqsız qalıb
6-03-2025, 08:38
Senator Zelenskini münaqişəyə son qoymağa çağırır
6-03-2025, 00:20
Makron: "Rusiya bütün Avropa üçün təhdidə çevrilib"
5-03-2025, 21:09
Ramazanın 6-cı gününün duası - İmsak və iftar vaxtı
5-03-2025, 19:27
Belarus məhsulu ABŞ-da ilin qalibi elan edilib
5-03-2025, 16:56
Ruslan Hüseynov 35 kq narkotiklə tutulub
5-03-2025, 16:38
BQXK-nin Bakıdakı nümayəndəliyi bağlanır
5-03-2025, 16:21
Əli Əsədov əməliyyat müşavirəsi keçirib - Fotolar
5-03-2025, 13:36
Hər şey “SpaceX”-in maraqları üçün edilir
5-03-2025, 12:41
Övladına işgəncə verən anaya cinayət işi açılıb
5-03-2025, 12:32
Aparat rəhbəri vəzifədən uzaqlaşdırılıb
5-03-2025, 09:43
Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb
5-03-2025, 09:07
Sumqayıtda qadın qadını bıçaqlayıb
4-03-2025, 21:36
Ramazanın 5-ci gününün duası: imsak və iftar vaxtı
4-03-2025, 18:36
Hikmət Hacıyev səfiri qəbul edib - Foto
4-03-2025, 18:32
Donald Tramp tələbələri həbslə hədələyir
4-03-2025, 17:26
İcra başçısı məhkəmədə dindiriləcək
4-03-2025, 14:50
“Asan imza” sistemi niyə işləmir? - Rəsmi cavab - Yenilənib
4-03-2025, 14:17
Gələn həftə ilin ilk Ay tutulması baş verəcək
4-03-2025, 11:26
Kollec direktoru vəzifədən azad edilib - Təyinat
4-03-2025, 10:42
Deputatlar daha 14 məsələni müzakirə edəcək - Siyahı
4-03-2025, 10:28
Ruslar Xarkov vilayətində müdafiə xəttini yarıb
4-03-2025, 09:55
Xəzər dənizində zəlzələ olub
4-03-2025, 09:35
Kosmik gəminin sınaq buraxılışı dayandırılıb