Övladına işgəncə verən anaya cinayət işi açılıb
Tarix: 05-03-2025 12:41 | Bölmə: Xəbərlər
Övladına işgəncə verən anaya cinayət işi açılıb

Azyaşlı övladına işgəncə verən ana saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.

Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Məlumata görə, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq